7 May 2021 13:10
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Long March 5B” raketinin ilk görüntüsü italiyalı astronomlar tərəfindən yayımlanıb.

Teleqraf.com xəbər verir ki, İtaliyanın “Elena” teleskopu (Virtual Telescope Project) orbitdə raketin fotosunu çəkib.

Mütəxəssislər 435 mil yuxarıda uçan raketin son dərəcə sürətlə hərəkət etdiyini açıqlayıblar.

Dünyanın nüfuzlu kosmos agentlikləri və astronomları Yer kürəsinə düşəcək “Long March 5B” ilə əlaqədar gəlişmələri izləyirlər. 21 tonluq nəhəng Çin raketinin Yer kürəsinə nəzarətsiz girişindən sonra yaşayış məntəqələrinə enə biləcəyi barədə məlumatlar dəfələrlə manşetlərə çevrilib.

ABŞ-ın Kosmik Qüvvələri Komandanlığının ötən həftənin sonunda nəzarətdən çıxmış bir Çin raketinin Yerə düşəcəyini gözlədiklərini və obyektin marşrutunu izləməyə davam etdiklərini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mays Hovard raketin bu gün Yerə düşəcəyini gözlədiklərini, bunun enişdən bir neçə saat əvvəl proqnozlaşdırıla biləcəyini söyləyib.

Çin mətbuatında ABŞ Kosmik Qüvvələri Komandanlığının məlum açıqlaması ilə əlaqədar heç bir xəbər yoxdur. Rəsmilər məsələ ilə bağlı açıqlama verməyiblər.

Türk mediasının iddiasına görə, Çinin nəzarətdən çıxmış raketinin bu gün dünyaya düşməsi gözlənilir. Riskli yerlər arasında Türkiyənin İstanbul və Ankara da daxil olmaqla bir çox ölkənin şəhərləri var.

Raket hələ də saatda 27 000 kilometr sürətlə yer üzündə dövr edir. Obyektin çəkisi 21 tondur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər