7 May 2021 17:39
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya tarixində ilk dəfə olaraq, vəhşi təbiətdəki canlıların ölkə miqyasında sayılmasına başlanılıb.

Teleqraf.com xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) verdiyi açıqlamada sayma prosesinin ölkədəki vəhşi heyvanların sayı və yayılmasını öyrənmək məqsədi daşıdığı bildirilib.

KWS helikopterlərin də istifadə ediləcəyi siyahıyaalma ilə heyvanların sayındakı dəyişikliklərin izlənilə biləcəyi və təhdidlərin görülə biləcəyini qeyd edib.

Keniya Turizm naziri Nəcib Balala da burada əsas hədəflərdən birinin təhlükə qarşısında qalan növlərin müəyyənləşdirilməsi və brakonyerliyin qarşısını almaq olduğunu deyib.

Çox sayda milli park və ehtiyatlara sahib olan Keniyada yüzlərlə növ təbii şəraitdə yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər