İsrail Baş naziri Benyamin Netanyahunun Qüdslə bağlı son fikirləri rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, Netanyahu İsrailin Qüdsü inşa etmək hüququ olduğunu vurğulayıb.
"Qüdsdə inşa işlərinə görə bizə edilən təzyiqlərə müqavimət göstəririk. Təəssüf ki, bu təzyiqlər son zamanlarda artıb. Ən yaxın dostlarımıza Qüdsün İsrailin paytaxtı olduğunu söyləmək istəyirəm. Hər millət öz paytaxtını qurduğu kimi bizim də Qüdsü inşa etmək hüququmuz var. Biz də bunu davam edəcək", - deyə bildirib.