Belarus Prezidenti Aleksandr Lukaşenko rəqiblərini “lazımsız” adlandırdığı qarşıdurmanı bitirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Lukaşenko ölkəsində xaos yaratmaq istəyən qüvvələrin fəal şəkildə işlədiklərini deyib.
“Biz həmişə sakit və dinc bir Belarusda yaşamışıq, amma onlar bu yaxınlarda bu düzəni pozmağa çalışdılar. Bu gün deyə bilərəm ki, həqiqətin harada, yalanın harada olduğunu anladıq. Heç kimə lazım olmayan bu qarşıdurmanı dayandıraq”, - Lukaşenko bildirib.
Belarus lideri dünyanın yenidən qəddar və qanlı şəkildə bölüşdürülməsinin başladığını söyləyib:
“Tanrı bizi bu dəyirman daşlarına düşməyimizə, büdrəməyimizə imkan vermir. Büdrəsək, bizi tarixin zibil qutularına atacaqlar, belə halın tarixdə bir dəfədən çox baş verdiyini görmüşük”.