NATO-nun “Europe Defender 2021” təlimlərində iştirak üçün Türkiyə hərbi qüvvələri bu gün Rumıniyaya gedəcək.
Teleqraf.com xəbər verir ki, təlimlərdə 26 ölkədən 30 min personal qatılıb.
Təlimlər Qara dəniz və Balkan yarımadasında baş verə biləcək düşmənçilik fəaliyyəti və hücuma qarşı genişmiqyaslı döyüş qüvvəsi toplamaq qabiliyyətini nümayiş etdirməyi hədəfləyir.
Bosniya-Herseqovina, Kosovo, Moldova, Ukrayna və Gürcüstannın NATO üzvü olmalarına baxmayaraq, “Defender Europe 21”ə qatılan ölkələr arasındadır.
Rusiyaya qarşı “əzələ nümayişi” adlandırılan məşqlər son 25 ilin ən böyük hərbi təlimləri hesab olunur.