Myanmada hərbi xunta tərəfindən saxlanılan Kxet Txinin daxili orqanları çıxarılaraq öldürüldüyü məlum olub.
Teleqraf.com xəbər verir ki, ölkəsindəki hərbi çevrilişin əleyhinə olan şair və xanımı Çav Sunun Şvebo qəsəbəsində silahlı əsgərlər tərəfindən nəzarətə alındığı və cütlükdən Kxet Txinin dindirildikdən sonra geri dönmədiyi bildirilib.
Şairin həyat yoldaşı Çav Su ərinin cansız bədənini aldıqlarını, amma bədəninin bütün daxili orqanlarının çıxarıldığını deyib. O, aidiyyəti qurumların ona ərinin ürək xəstəliyindən öldüyünü söylədiyini bildirən Su buna inanmadığını və işgəncə nəticəsində öldüyünə inandığını vurğulayıb.
Qeyd edək ki, Myanma ordusu ötən il noyabrın 8-də keçirilən seçkilərdəki saxtakarlıq və bununla ölkədə siyasi gərginliyin artması iddialarından sonra fevralın 1-də hakimiyyəti ələ keçirib və bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Çevrilişə qarşı təşkil edilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi səbəbiylə ölənlərin sayı 780-ə çatıb.