Fələstinin HƏMAS təşkilatı İordan çayının qərb sahillərində yaşayan fələstinliləri İsraillə qarşıdurmanı davam etdirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin mediasında məlumat yayılıb.
“İordan çayının qərb sahilindəki bütün şəhərlərindəki Fələstin xalqını qarşıdurmanı davam etdirməyə çağırırıq”, - açıqlamada qeyd edilib.
Sözügedən bölgədə qarşıdurmaların arası kəsilmir. Ən şiddətli qarşıdurmalar Xevron vilayətinin Əl-Xəlil şəhərində baş verir.