11 May 2021 20:28
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbas münaqişəsinin böyüməyəcəyinə inanıram, çünki bu, dünya müharibəsinə səbəb ola bilər və dünya buna hazır deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dünya və Avropa genişmiqyaslı bir müharibəyə hazırıdırmı? Düşünürəm ki, heç kim hazır deyil. Qənaətimə görə, Rusiya da buna getməz, çünki əks halda dünya müharibəsi başlaya bilər”, - Zelenski qeyd edib.

Ukrayna lideri son bir ayda eskalasiyanın azaldığını söyləyib:

“Düşünürəm ki, güclü eskalasiya var idi, amma bu gün dayanıb. Gərginlik son bir ayda azalıb. Gələcəkdə genişmiqyaslı müharibənin olmayacağına inanırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər