Raket hücumları nəticəsində ölən israillilərin sayı yeddi nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“Dörd gün ərzində Qəzza zolağından İsrailə ən azı 1750 raket atılıb. Raket hücumları nəticəsində ölən israillilərin sayı yeddi nəfərə çatıb”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumatda zərbələr nəticəsində ümumilikdə 523 İsrail sakininin yaralandığını qeyd olunub.
Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayının 109-a yüksəldiyi, 600-dən çox sakinin zərər çəkdiyi bildirilmişdi.