14 May 2021 11:37
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ UTC saatı ilə 06:33-də (Bakı vaxtı ilə 10:33) qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Sumatra əyalətinin Padanqsidempuan şəhərindən 299 kilometr cənub-qərbdə, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün itkilər və dağıntılar barədə məlumat daxil olmayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər