16 May 2021 09:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson COVID-19 virusunun Hindistan ştammının normallaşma prosesinə mənfi təsir göstərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş həkim, professor Kris Vitti ilə mətbuat konfransı keçirən Conson sözügedən ştammın 21 iyun tarixində normallaşma müddətinin dördüncü və son mərhələsinə keçməyi çətinləşdirə biləcəyini bildirib.

Dördüncü mərhələyə keçməyin mümkün olmadığını vurğulayan Conson fasilə və ya gecikmə ola biləcəyini söyləyib.

Krallıqda koronavirusa görə tətbiq olunan karantin rejimi 4 mərhələli plana əsasən sona çatır. 1-ci mərhələ 8 martdan etibarən başlayıb və təhsil müəssisələrində dərslər başlayıb. 2-ci mərhələ aprel ayının 12-dən başlayıb və bütün ticarət mərkəzləri, mağazalar fəaliyyətə başlayıb. 3-cü mərhələ may ayının 17-dən başlayacaq və restoran, kafe, klub, kinoteatr və otellərin fəaliyyəti bərpa olunacaq. 4-cü mərhələ isə iyunun 21-dən tətbiq olunacaq və bu tarixdən etibarən 30 nəfərin görüşməsinə icazə veriləcək və virusa görə tətbiq olunan bütün yasaqlar aradan qaldırılacaq.

Qeyd edək ki, Xalq Sağlamlıq Mərkəzi keçən həftə aşkarlanan Hindistan ştammına yoluxanların sayının artaraq 313 minə çatdığını elan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər