31 Oktyabr 2014 21:35
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara ümid edir ki, Fransa 1915-ci il hadisələri ilə bağlı məsələdə ədalətin tərəfində olacaq.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu cümə günü Parisdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Fransua Ollandla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin bərpa edilməsi üçün həmişə addım atıb: "Təəssüf ki, Ermənistan buna qarşılıqlı cavab verməyib".

Suriya böhranına toxunan R.T.Ərdoğan qeyd edib ki, ABŞ-ın bu ölkədə mübarizə aparmaq üçün göndərdiyi bütün silahlar "İslam Dövləti" qruplaşmasının əlinə keçib: "İraqın 40 faiz ərazisi həmin silahlardan istifadə edilməklə ələ keçirildi".

Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması üzrə danışıqlardakı durğunluqdan danışan Prezident bildirib ki, Ankara Aİ-nin verdiyi vədləri yerinə yetirəcəyini gözləyir: "Ümid edirəm ki, Fransa da bu istiqamətdə verdiyi vədləri icra edəcək. Ankara inanır ki, Fransa Aİ-də Türkiyənin dostu olacaq".


Müəllif:

Oxşar xəbərlər