17 May 2021 13:56
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə rəhbərliyi İkinci Dünya müharibəsi dövründə Belarus xalqına qarşı törədilən soyqırımının beynəlxalq səviyyədə tanınmasına qərar verib”.

Teleqraf.com xəbər verir ki, bu haqda Belarus baş prokuroru Andrey Şved məlumat verib.

Məsələ ilə əlaqədar Belarusda nasistlərin qurbanlarının rəsmi sayının müəyyən edilməsi ilə bağlı istintaq başlayıb.

“Soyqırımının rəsmi olaraq tanınması proseduruna müəyyən olunmuş qaydada başlamaq üçün beynəlxalq məhkəməyə kifayət qədər dəlil təqdim etməyi planlaşdırırıq”, - Şved bildirib.

Baş prokuror istintaqın hələ işini başa vurmadığını, hərbi cinayət qurbanlarının həqiqi sayının hələ müəyyənləşdirilmədiyini deyib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl gənclərin öz xalqının tarixini zəif bildiyini söyləyib və onlara tez-tez soyqırımı xatırlatmalarını tövsiyə edib. Onun fikrincə, bir çox belaruslu işğal zamanı törədilən qırğınları və etnik təmizlənməni unudub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər