17 May 2021 23:54
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Ali Məhkəməsi Rusiyanın Kataloniyadakı separatçıların fəaliyyətinə müdaxiləsi ilə bağlı istintaqı bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ispan nəşri “El Diario” məlumat yayıb.

İstintaq materiallarında rusiyalı casusların “Kataloniya müstəqillik hərəkatı”nın tərəfdarlarının fəaliyyətlərinə müdaxilə etdiyi iddia olunub.
Məhkəmə işi iki il əvvəl İspaniya polisinə daxil olan məlumatdan sonra açılmışdı. Həmin vaxtdan proses gizli aparılırdı.

İspaniya Ali Məhkəməsi 2019-cu ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) bir sıra əməkdaşlarına qarşı Kataloniyada separatizmi qızışdırmaq ittihamı ilə istintaqa başlamışdı. Moskva bütün ittihamları rədd edir.

Kataloniyada müstəqilliyinə dair referendum 2017-ci il oktyabrın 1-də keçirilib. Səs verənlərin 90 faizdən çoxu bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olub. Mərkəzi hökumət referendumun nəticələrini tanımayıb. Bundan sonra İspaniya Ali Məhkəməsi müstəqillik referendumun təşkilatçılarını qiyama cəhddə ittiham edib. Həmin şəxslər həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər