Qəzza ətrafında yaranan vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BMTBaş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının SədriVolkan Bozkır "Twitter"də bildirib.
“İşğal olunmuş Fələstin bölgəsindəki pisləşməkdə olanvəziyyəti müzakirə etmək üçün “Orta Şərqdə vəziyyət” və “Fələstin məsələsi” gündəm maddələri altında BMT Baş Assamleyasının iclasının keçirilməsi ilə bağlıİslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki təmsilçiliyinin sədri olan Nigeriyanın BMT-dəki Nümayəndəliyindən və Ərəbdilli ölkələr Qrupunun BMT-dəki nümayəndəliyinə sədrlik edən Əlcəzair missiyasından rəsmi məktub aldım. Bu tələbə uyğun olaraq mayın 20-də BMT Baş Assambleyasının rəsmi plenar iclasını çağıracağam”, - deyə Volkan Bozkır qeyd edib.