18 May 2021 14:11
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimali Atlantik Alyansı hələ də NATO-Rusiya görüşünün keçiriləcəyinə ümid edir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri, Hərbi Hava Qüvvələrinin generalı Stüart Piç deyib.

“Moskvanın Rusiya-NATO görüşünün keçirilməsi təkliflərinə müsbət cavab verməməsindən təəssüflənirik. Lakin biz hələ də Moskva ilə konstruktiv münasibətlərin qurulacağını gözləyirik, davranışlarının bu əməkdaşlığı mümkün edəcəyinə ümid edirik”, - general bildirib.

Rusiya Xarici işlər naziri Sergey Lavrov mart ayında Moskvanın belə bir müzakirələrdən imtina etmədiyini və hərbçilər arasında əlaqələrin bərpa edilməsini təklif etdiyini söyləyib. Nazirin sözlərinə görə, Rusiya tərəfi Ukraynaya prioritet məsələ kimi baxmaq istəmir.

NATO rəsmiləri dəfələrlə Moskvanı əməkdaşlıqdan imtina etməkdə günahlandırıb. İttifaqın baş katibi Yens Stoltenberq Rusiyanın danışıqları pozduğunu söyləyib. Onun sözlərinə görə, ötən ilin fevral ayından bəri NATO Rusiyaya müzakirlərin bərpası üçün dəfələrlə təkliflər göndərib, lakin Rusiya bunu davamlı olaraq rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu