Gürcüstan hökuməti ölkədə hər hansı təxribat hərəkətlərinin və çevriliş cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Teleqraf.com-un "RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib.
“Hökumət təxribatlara və destruktiv əməllərə yol verməyəcək”, deyə Qaribaşvili bildirib.
Məlumata görə, Mixeil Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyası noyabrın 15-də Tiflisdə irimiqyaslı etiraz aksiyası keçirmək niyyətindədir.
Bundan əvvəl Gürcüstanın daxili işlər nazirliyi Vahid Milli Hərəkat Partiyasına qarşı hakimiyyəti zorla ələ keçirmək və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə cinayət işinin qaldırılması barədə məlumat yaymışdı.