Ukrayna Normandiya Dördlüyünə Donbas münaqişəsinin həlli üçün “yol xəritəsi” hazırlanması üçün yeni layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, Ukraynanın yeni planı Kiyevin Minsk razılaşmalarının dəyişdirilməsinə dair mövqeyinin ilk sənədli qeydidir. Beləliklə, Ukrayna nəzarətini itirdiyi Rusiya ilə sərhəd ərazilərində seçkilərdən əvvəl tam nəzarətinin bərpa olunmasını israr edir.
Kiyev təklif edir ki, Ukrayna Milli Qvardiyası seçkilərdən əvvəl nəzarətsiz ərazilərdə (Donbas) asayişi qorusun.