1 Noyabr 2014 22:34
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və koalisiya qüvvələri İraq və Suriyada İŞİD-in mövqelərinə yeni hava hücumları təşkil ediblər.

ABŞ Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Suriyada İŞİD mövqelərinə qarşı Amerika təyyarələri tərəfinədn 5 hücum təşkil olunub. ABŞ təyyarələri də daxil, koalisiya qüvvələri də İŞİD-in İraqdakı mövqelərini 5 dəfə bombalayıblar. İraqdakı hava hücumlarında pilotsuz təyyarələrdən də istifadə olunub.

Teleqraf.com-un məlumatına görə, açıqılamada bildirilir ki, Suriyada Kobani yaxınlığında İŞİD-in 9 döyüş mövqeyi və məskunlaşdıqları bir bina dağıdılıb.

İraqın Mosul su anbarı və əl-Kaim yaxınlığındakı hava hücumlarında isə terrorçuların 5 avtomobili və bir binası vurulub.


Müəllif: