1 İyun 2021 08:45
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, 2020-ci ilin yaz mövsümündə ciddi məhdudiyyətlər tətbiq etməyən Skandinaviya ölkəsində iyunun 1-dən məhdudiyyətlərin bir hissəsi ləğv edilir.

Məlumata əsasən, yumşalmalar idman tədbirlərində, açıq havada keçirilən konsertlərdə, kinoteatrlarda və bazarda icazə verilən insan sayına təsir edəcəklər.

Həmçinin ölkə ərazisində barların fəaliyyətinin müddəti uzadılır və digər Skandinaviya ölkələrindən İsveçə giriş zamanı PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb edilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər