ABŞ Milli aviasiya və kosmik idarəsi (NASA) Venerada tədqiqat aparmaq üçün iki missiya göndərmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında deyilir.
"NASA Veneraya - Yerin ən yaxın qonşu planetinə iki yeni missiya təyin edib. Missiyanın məqsədi planetimizin xüsusiyyətlərinə bənzər bir çox [fiziki] xüsusiyyətə sahib olarkən Veneranın cəhənnəmə bənzər dünyaya çevrildiyini anlamaqdır", - m\lumatda deyilir.
Missiyaların 2028-2030-cu illərdə göndəriləcəyi bildirilib.