ABŞ hökuməti Əl-Qaidənin Şimali Afrika şəbəkəsinin lideri Əbu Ubeyde el-Annabi haqqında məlumat verən şəxsə 7 milyon dollar mükafat verəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada “Ədalət Naminə Mükafat” proqramı çərçivəsində Əbu Ubeyde el-Annabi üçün mükafat ayrıldığı bildirilib.
ABŞ hökumətinə həmin şəxsin olduğu yeri və kimliyi barəsində əlavə məlumat verəcək şəxsə 7 milyon ABŞ dolları mükafat təqdim olunacaq.
Qeyd edək ki, ötən il Afrikadakı Əl-Qaidanın lideri Abdülmalik Droukdal öldürülüb. Bundan sonra terror şəbəkəsinin rəhbərliyinə Əbu Ubeyde el-Annabi gətirilib.