3 Noyabr 2014 08:41
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuqoslaviyanın sonuncu müdafiə naziri Velko Kadiyeviç Moskvada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, 88 yaşlı generalın ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Velko Kadiyeviç 2001-ci ildən Rusiyada yaşayırdı. 2005-ci ildə ona qaçqın statusu verilmiş, 2008-ci ildə isə Rusiya vətəndaşlığı almışdı.

Xorvatiyada sabiq nazirə qarşı hərbi cinayətlərlə bağlı ittiham elan edilib. Xorvatiya Velko Kadiyeviçin təhvil verilməsini tələb edirdi. Lakin Haaqa tribunalı sabiq müdafiə nazirinə qarşı heç bir ittiham irəli sürməmişdi.


Müəllif:

Oxşar xəbərlər