4 İyun 2021 11:32
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ölkəsi ilə Türkiyə arasında sərnişin və ticarət mallarının daşınmasına imkan verəcək dəniz naviqasiya müqaviləsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, müqavilənin qüvvəyə minməsi ilə iki ölkə gəmi istehsalı və təmiri ilə yanaşı, liman tikintisində də texniki əməkdaşlıq ediləcək.

İki ölkə arasında sərnişin daşınması və ticarət həcmini artıracaq müqavilə 25 may 1998-ci il tarixində imzalansa da, bu günə qədər Əlcəzair hökuməti tərəfindən təsdiqlənməmişdi. Sazişin uzun müddət təxirə salınması ilə bağlı Əlcəzairdən heç bir rəsmi açıqlama verilmirdi.

Türkiyə və Əlcəzair arasındakı ticarət həcmi 3.5-4,2 milyard dollar arasında dəyişir, hər iki tərəf bu rəqəmi 5 milyard dollara çatdırmaq istədiyini açıqlayı.

Təbbun bundan əvvəl Fransanın “Le Point” nəşrinə verdiyi müsahibədə ölkəsinin qarşısına heç bir siyasi tələb qoymadan Əlcəzairə 5 milyard dollar sərmayə yatıran türklərlə əla əlaqələrinin olduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər