5 İyun 2021 10:30
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bir sıra regionları koronavirus üzərində qələbə çalmağa yaxındır.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko RİA Novosti-yə verdiyi müsahibə zamanı bildirib.

“Ancaq vətəndaşların hərəkətliliyi davam edir, bu səbəbdən vəziyyətin sakit və stabil olduğu yaşayış məntəqələrində də peyvənd olunmuş insanlardan ibarət zolaq yaratmaq lazımdır”, - deyə o əlavə edib.

Bundan əvvəl Səhiyyə Nazirliyinin rəhbəri COVID-19-a immuniteti olan rusların payının pis olmadığını, lakin bunun koronavirusu tamamilə məğlub etmək üçün yetərli sayılmadığını söyləyib.

“Rospotrebnadzor”un məlumatına görə, Rusiyada on milyondan çox insan artıq koronavirus əleyhinə tam peyvənd olunub, ümumilikdə peyvənd olunanların sayı 25 milyondur.


Müəllif: Səxavət

Oxşar xəbərlər