ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində baş verən atışma nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Teleqraf.com “ABC News”a istinadən xəbər verir ki, hadisə gecə vaxtı Mayami-Deyd dairəsindəki bir restoranda baş verib. Belə ki, restorandan çıxan insanlara park edilmiş avtomobildən atəş açılıb.
Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.
Atəş açanın axtarıları davam etdirilir.