“ABŞ rəhbərliyi Ukraynanın NATO-ya qoşulmaq üçün onsuz da bütün vasitələrə sahib olduğuna inanır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirik. Hazırda Ukrayna ittifaqa qoşulmaq üçün lazım olan bütün vasitələrə sahibdir”, - Blinken qeyd edib.
Onun sözlərinə görə, NATO üzvlüyünə hazırlaşmağa kömək edəcək bir sıra digər çox vacib sənədlər hazırlanıb.
Dövlət katibi “Üzvlük üçün Fəaliyyət Planı” haqda da danışıb: “Bu plan bütün NATO üzvü ölkələrin tam razılığıyla hazırlanmalıdır. İnanıram ki, bəzi dövlətlər indi bunu digərlərindən daha az dəstəkləyir”.