ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dövürdə Helsinkidə Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüşdən danışıb.
Teleqraf.com xəbər verir ki, o, bu görüşün çox məhsuldar keçdiyini iddia edib.
“ABŞ bu görüşdə Rusiya və Putinin hörməti də daxil olmaqla, bir çox şey qazanmışdı”, - Tramp bildirib.
Rusiya ilə bağlı ona qarşı aparılan istintaqı “Hillari Klinton və Demokratlar tərəfindən maliyyələşdirilən hiylə” adlandıran Donald Tramp bu istintaqın yaratdığı çətinliklərə baxmayaraq, Putin və Rusiya ilə yaxşı əlaqələr qurduğunu söyləyib.
Sabiq prezident iyunun 16-da Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşə də toxunub:
“Baydenə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə uğurlar diləyirəm. Bayden, görüş vaxtı yatma və Putinə ən səmimi arzularımı çatdır”.