ABŞ hərbi qüvvələrini Fars körfəzindən çəkməlidir.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri komandanı admiral Əli Fədəvi “Fars Körfəzi və Hörmüz boğazının təhlükəsizliyini qoruma strategiyası” mövzusunda çıxışında açıqlayıb.
Onun sözlərinə görə, Körfəzdəki ABŞ gəmilərinə hücum etmə və batırma istiqamətində təlimlər davam etdirilir. Fədəvi İran qüvvələrinin Amerikanın 1 gəmisinin 50 saniyəyə batırma gücünə malik olduğunu qeyd edib.
Komandan İran donanmasının sualtı hədəflərə hücum etmək üçün inkişaf etmiş raketlərə sahib olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ donanmasına aid 5-ci donanma Bəhreyndə yerləşir.
Samir