Efiopiyada daxili silahlı qarşıdurmalara səhnə olan Tigray bölgəsində 30 min uşaq ərzaq çatışmazlığı və aclıq səbəbindən ölüm riski ilə üz-üzə qalıb.
Teleqraf.com xəbər verir ki, Tigray bölgəsi 2020-ci ildə yerli milis və ordu qüvvələri arasında hərbi qarşıdurmalara şahidlik edib. Bu səbəbdən daxili qarışıqlığın hökm sürdüyü ərazidə 1 milyondan çox insan evini tərk edib.
BMT-nin sözçüsü James Elder bildirib ki, hazırda hərbi qarşıdurmaların davam etdiyi Tigray bölgəsinə humanitar yardımı davam etdirirlər:
“Vətəndaş cəmiyyəti təşkilatları bölgənin böyük hissəsinə təhlükəsizlik səbəbindən getmir. Əgər çağırışımızdan sonra bölgəyə qida yardımı edilməzsə, təqribən 33 min uşaq qıtlıqdan yaranan xəstəliklər səbəbindən ölə bilər".