13 İyun 2021 22:36
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK/YPG-nin Afrində 14 nəfərin həyatını itirdiyi xəstəxana hücumundan sonra Tel-Rıfatda hədəfləri vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, cavab zərbələri nəticəsində çox sayda terrorçu məhv edilib.

"Fırtına" haubitsalarının da olduğu dəstək vasitələriylə açılan "cəzalandırma" atəşləri nəticəsində terrorçuların istifadə etdiyi 3 “qərargah binası” və 1 sığınacaq məhv edilib.

Xatırladaq ki, terror təşkilatı PKK/YPG iyunun 12-də Suriyanın şimalındakı Afrində olan xəstəxanaya və şəhər mərkəzinə raketlə hücum edib. Zərbələr nəticəsində biri körpə olmaqla 14 nəfər vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər