NATO-nun 2030-cu il baxışını və Türkiyə üçün kritik məsələlərin müzakirə ediləcəyi zirvə görüşü başlayıb.
Teleqraf.com xəbər verir ki, zirvə görüşü Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO-nun mənzil-qərargahında keçirilir.
Türkiyəni Prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi toplantıda 30 müttəfiq ölkənin lideri iştirak edir.
Görüş zamanı Bayden və Ərdoğan arasında ilk görüş baş tutub. Belə ki, zirvə görüşü başlamazdan əvvəl Prezident Ərdoğan və ABŞ Prezidenti Co Bayden iclasın keçirildiyi salonda görüşüblər. Ayaqüstü keçirilən ilk görüşdə müsbət atmosferin hökm sürdüyü görünüb.