“Unudulmamalıdır ki, Türkiyə sərhədləri həm də NATO sərhədləridir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun qərargahındakı açıqlaması zamanı deyib.
Prezident Ərdoğan fikirlərini davam etdirərək bildirib ki, bu baxımdan təkcə milli maraqlarımız üçün deyil, həm də transatlantik coğrafiyasının təhlükəsizliyi və sabitliyi üçün də məsuliyyət daşıyırıq:
“Bu şüurla addım atırıq. Türkiyə NATO əməliyyatlarına və missiyalarına, ortaq büdcəyə ən çox töhfə verən 8 müttəfiq ölkə arasındadır. Çox yüksək hazırlıqlı ortaq işçi qrupunun komandanlığı bu il də Türkiyədədir”.