16 İyun 2021 22:54
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşdə rusiyalı müxalif bloger Aleksey Navalnı məsələsini qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Co Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Prezident Bayden insan hüquqları mövzusuna toxundu. Bəli, biz bu barədə Baydenin təşəbbüsü ilə danışdıq", - deyə Rusiya prezidenti Aleksey Navalnı məsələsinin müzakirə olunub-olunmaması barədə suala cavab verərkən deyib.

A.Navalnı barədə danışan Rusiya prezidenti onun ölkə qanunlarını pozduğunu, həbs olunacağını bilə-bilə Rusiyaya qayıtdığını vurğulayıb: "Bu yoldaş qanunun tələbini bilərəkdən geri çevirərək xaricə müalicəyə gedib. Xəstəxanadan çıxan kimi isə axtarışa verilib. Bunu bilə-bilə o gəlib. Hesab edirəm ki, o, saxlanılması üçün bilərəkdən buna gedib. İstədiyini edib. Ona görə də burada nədən danışmaq olar ki?!".

Vladimir Putin ABŞ-ın Quantanamo həbsxanasının hələ də fəaliyyət göstərdiyini, bunun Amerika qanunlarına, beynəlxalq hüquqa uyğun olmadığını xatırladıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər