İran Prezidenti Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu söyləyib, qalibi təbrik edib, ancaq ad açıqlamayıb.
Teleqraf.com xəbər verir ki, İranda ötən gün prezident seçkiləri keçirilib.
Artıq iki namizəd məhkəmə sisteminin başçısı İbrahim Rəisini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Ruhani deyib: “Xalqın seçdiyini təbrik edirəm. Hələ rəsmi olaraq elan edilmədiyi üçün qanunu nəzərə alaraq rəsmi təbrikləri bir az təxirə salacağam. Lazım olan səslərin kim tərəfindən alındığı dəqiqdir”.
Ruhaninin çıxışı İran televiziyası tərəfindən yayımlanıb.