Hindistanın Maharaştra ştatında koronavirusun "delta plus" adı almış ştammının yeni növü aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, "delta plus" ştammının yeni növünə ümumilikdə 20 yoluxma halı qeydə alınıb.
Məlumata əsasən, yoluxma halları ştatın 4 rayonunda - Sindhudurq, Ratnaqir, Palqar və Calqaone rayonlarında rasta gəlinib.
Ştatın səhiyyə naziri Raceş Tope sözügedən məsələni müzakirə etməkdən imtina edib.