Misirin Beyt Ənsər Əl-Makdic islamçı qruplaşması İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına sədaqət üçün and içib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb:
“İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andi içmək qərarına gəldik. Biz Suriya və İraqda İŞİD hərəkatını dəstəkləyirik”.
Qeyd edək ki, Beyt Ənsər Əl-Makdic əvvəllər də Əl-Qaidə və Taliban kimi terror qruplaşmalarına yardım etdiyini açıqlayıb.
Samir