Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki Baş Konsulluğu respublikanın şimalında vəziyyətin pisləşməsi səbəbindən müvəqqəti olaraq işini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi elçisi, Xarici İşlər Nazirliyinin İkinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.
Onun sözlərinə görə, bir çox konsulluqlar vəziyyət aydınlaşana qədər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
“Vəziyyət dəyişkəndir, əfqan təhlükəsizlik qüvvələri, deyildiyi kimi çox sayda bölgəni təslim ediblər. Təbii ki, bu həyəcana səbəb olur”, deyə TASS Kabulovun sözlərindən sitat gətirir.
Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov daha əvvəl qeyd etmişdi ki, ABŞ və NATO öz hərbi kontingentini bölgədən çıxardıqdan sonra respublikanın xəritəsi ciddi şəkildə dəyişib.