Tacikistan Prezidentinin Emomali Rəhmonun qayınanası koronavirus səbəbindən vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.
Bir neçə gün əvvəl 88 yaşlı Özbəkbi Əsədulloyeva Düşənbədəki Qastroenterologiya İnstitutu yanında Mansurovun klinikasına koronavirus simptomları ilə yerləşdirilmişdi.
Əsədulloyeva təkcə ölkənin birinci xanımı Azizamox Əsədulloyevanın deyil, həm də “Orienbank”ın sədri Həsən Əsədullozodanın anası idi.
Bundan əvvəl prezidentin qayınanasının bir neçə gün süni nəfəs aparatına qoşulduğu məlum olmuşdu.
Özbəkbi Əsədulloyeva Xatlon vilayətinin Cəloliddin Balxi (keçmiş Kolxozobad) rayonunda yaşayırdı.
Qeyd: Fotoda Tacikistan Prezidentinin həyat yoldaşı Azizamox Əsədulloyeva əks olunub.