Haiti Prezidenti Jovenel Moizin qətlində iştirak edən dörd nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, Baş nazir Klod Jozef Moizi evində öldürən şəxslərin əcnəbi muzdlu olduqlarını, ingilis və ispan dillərində danışdıqlarını söyləyib.
Məlumata görə, Haiti liderinə sui-qəsd edənlərə qarşı aparılan əməliyyatda 4 nəfər öldürülüb, 2 nəfər saxlanılıb. Digər tərəfdən, məhkəmə ekspertizasının rəyinə görə, Moizin bədənindən 12 güllə çıxarılıb.
Haitinin 53 yaşlı prezidenti Moiz bir qrup silahlı tərəfindən evinə edilən hücumda öldürülüb, həyat yoldaşı Martina Moiz yaralanıb.