6 Noyabr 2014 04:06
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada bir qrup silahlı Əl-Şarara neft yatağını ələ keçirib.

Teleqraf.cm-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yataqda işlər dərhal dayandırılıb.

Şahidlərin sözlərinə görə, ərazidə atəş səslər eşidilir. Hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, Əl-Şarara neft yatağında gündə 200 min barel neft hasil olunur. Xatırladaq ki, bundan əvvəl toqquşmalar nəticəsində Benqazi şəhərindəki ticarət limanı bağlanıb.


Müəllif:

Oxşar xəbərlər