6 Noyabr 2014 09:46
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Ebola virusu ilə mübarizə üçün Konqresdən 6,18 milyard dollarlıq büdcə istəyib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, seçkilərdən bir gün sonra Nümayəndələr Palatasının sədri Con Boehnere məktub yazan Obama Qərbi Afrikada hələ də davam edən Ebola dəhşəti üçün xüsusi büdcə tələb edib. Büdcənin 4,5 milyard dollarlıq hissəsinin Ebolanın yayılmasını əngəlləmək üçün təcili olaraq istifadə edilməsi planlaşdırılır. Vəsaitin 1,5 milyard dollarlıq hissəsi isə ehtiyat üçün hazır saxlanılacaq. Obama məktubunda amerikalıların sağlamlıq və təhlükəsizliyinin özü üçün prioritet məsələ olduğunu dilə gətirib.

Boehnerin sözçüsü Kevin Smit Obamanın tələbini nəzərdən keçirəcəklərini qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər