ABŞ Rusiyadan yenidən silah alacağı təqdirdə Türkiyəyə yeni sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, “Röyter” yeni tədbirlər planının ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqləndiyini yazıb.
Bundan əlavə, agentliyin iddiasına görə, Vaşinqton Rusiyadan “S-400” zenit raket kompleksləri alan Ankaraya qarşı sanksiyaları uzatmağı planlaşdırır.
Eyni fikri dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçiliyinə namizəd Karen Donfrid də dilə gətirib.