Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları qarşılıqlı əlaqələr və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə və bu ilin payızında Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq məsələlərini də müzakirə ediblər.