Prezidentin olduğu helikopterə hücum etməkdə günahlandırılan 10 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Kolumbiya Prezidenti İvan Duqeye hücumu FARC üsyançıları tərəfindən planlaşdırılmışdı.
Terrorçular iyun ayında prezidentin olduğu helikopter atəşə tutulmuşdu.
Baş prokuror Frankisko Barbosa deyib ki, Norte de Santander əyalətində saxlanılan 10 nəfər, 2016-cı il sülh müqaviləsini rədd edən keçmiş FARC qiyamçılarıdır. Onların arasında hərbçilər də var.
Müdafiə naziri Dieqo Molano hücumların həyata keçirilməsinə dair əmrlərin Venesueladan fəaliyyət göstərən keçmiş FARC liderlərindən gəldiyini bəyan edib. Onun sözlərinə görə, bu hadisələr Venesuela Prezidenti Nikolas Maduro hökumətinin FARC “xadimlərinə” sığındığını nümayiş etdirdi: “Aydın məsələdir, prezidentə bu hücum Venesueladan planlaşdırılıb”.