23 İyul 2021 11:46
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Baş Qərargah rəisi, general Mark Milley Taliban hərəkatının son aylarda Əfqanıstanda strateji nöqtələri ələ keçirdiyi, ancaq ölkədə kimin üstünlük qazanacağı və necə bir nəticə əldə olunacağının aydın olmadığı fikrindədir.

Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə naziri Loyd Austinlə birlikdə keçirdiyi mətbuat konfransında Mark Milley bildirib ki, Taliban Əfqanıstanda 419 bölgənin yarısına nəzarət edir, 34 vilayətin paytaxtını ələ keçirmək üçün təzyiq göstərir.

Talibanın ərazi əldə etmək istəyinə qarşı Əfqanıstan qüvvələrinin Kabil daxil olmaqla əhalinin çox olduğu bölgələri qorumaq üçün mövqe tutduğunu diqqətə çatdıran general Milley Talibanın Kabilə qarşı qələbə əldə edəcəkmiş kimi mənzərə yaratmaq istədiyini, amma Əfqanıstan qüvvələri və polisinin üstün gələcəyinə əmindir.

Talibanla müzakirə edilən siyasi həllin ola biləcəyini bildirən Milley Talibanın Əfqanıstana tam nəzarəti saxlaması ehtimalını istisna etməyib: “Oyunun sonunun yazıldığını düşünmürəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər