25 İyul 2021 01:43
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fərat qalxanı" bölgəsində terrorçuların hücumu nəticəsində Türkiyə Ordusunun 2 əsgəri şəhid olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İki hərbçinin də yaralandığı bildirilir.

Bölgədəki terror hədəflərinə dərhal cavab atəşi açıldığı və hədəflərin dəqiqliklə vurulduğu açıqlanıb.


Müəllif: Teleqraf.com