26 İyul 2021 12:15
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın təqaüdçü admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılmış “2034: Növbəti dünya müharibəsinin hekayəsi” adlı kitabda Üçüncü Dünya Müharibəsinin daha çox dron və pilotsuz hərbi texnika ilə baş verəcəyi iddia olunub.

Teleqraf.com xəbər verir ki, kitabda dünya müharibəsinin 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacağı yazılıb.

Dünyanın sürətlə inkişaf etdiyi, buna görə də dron və pilotsuz hərbi texnikanın döyüş meydanında üstünlük təşkil edəcəyi bildirilib.

Stavridis və Ackerman inanırlar ki, həqiqi döyüşləri düşmən sistemlərinə genişmiqyaslı haker hücumları müşayiət edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər