26 İyul 2021 21:55
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Özbəkistanla sərhədində yerləşən Bəlx vilayətindəki bir rayon Taliban qruplaşmasından geri alınıb.

Teleqraf.com xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin Taliban tərəfindən nəzarət edilən bölgələri geri almaq üçün əməliyyatlarına davam etdiyini açıqlayıb.

Açıqlamada əməliyyat nəticəsində Bəlx vilayətinin Kelder rayonunun Talibandan geri alındığı, 20 yaraqlının öldürüldüyü və onlarla silahlının yaralandığı qeyd edilib.

Taliban hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Taliban yaraqlıları iyunun 30-da Kelderi ələ keçirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu