27 İyul 2021 11:44
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada ehtimal olunan nüvə müharibəsində qoşunların istifadəsinə verilməsi üçün nəzərdə tutulmuş yeni təyyarənin istehsal edildiyi iddia olunub. Nüvə müharibəsi kimi böyük dağıntılara səbəb olacaq hallar üçün hazırlananan təyyarələrə “qiyamət təyyarələri” adlandırılır.

Teleqraf.com xəbər verir ki, Rusiyanın müdafiə sənayesindən bir mənbə “Novosti” xəbər agentliyinə ölkənin hava və kosmik qüvvələrinə 2 yeni “İl-96-400m” təyyarəsinin veriləcəyini bildirib.

Bu təyyarələrdən birinin hazırda istehsalda olduğunu bildirən mənbə digərinin gələcəkdə istehsal oluna biləcəyini qeyd edib.

Nüvə müharibəsində qoşunlarla əlaqənin kəsilməsi durumunda komanda mərkəzi olaraq istifadə ediləcək bu təyyarələrlə bağlı layihənin adının “Zveno-3s” olduğu deyilib.

“Qiyamət təyyarələri” adlandırılan yeni “İl-96-400m”-lər hazırda Rusiya hava qüvvələrinin istifadə etdiyi “İl-80” təyyarələrini əvəz edəcək. Sözügedən təyyarələr nüvə müharibəsi kimi böyük dağıntılara səbəb olacaq hallarda ölkə və ordunun rəhbər şəxslərinin təxliyə edilməsi üçün nəzərdə tutulub.

Yeni “İl-96-400m”-in uçuş məsafəsinin sələfindən iki dəfə çox olacağı bildirilib. Bu təyyarələrin havada yanacaq doldura biləcəyi də qeyd olunub. Təyyarənin rabitə sistemi strateji hava və raket qüvvələri, eləcə də sualtı nüvə gəmiləri də daxil olmaqla bütün qoşun növlərini məlumatla təmin edə biləcək.


Müəllif: Mənsur Rəğbətoğlu